Biləsuvarda sel təhlükəsi qismən səngiyib –Təxliyyə olunan sakinlər geri qaytarılır / FOTO

Biləsuvara sel gəlib. Bir kəndin sakinlərini köçürüblər.

Azpost.info APA-ya istinadən bildirir ki, İranla sərhəddən keçən Bolqarçaya sel gəlib. Gecə İranla sərhəddə Bolqarçaya sel gəlməsi ilə bağlı həyəcan siqnalı verilib. Biləsuvar və Cəlilabad rayonlarında ağır texnikalar hazır vəziyyətə gətirilib. Cəlilabad-Biləsuvar yolu boyunca arxlar, kanalların yanına texnikalar və canlı qüvvə cəlb olunub.

Sel təhlükəsi ilə bağlı Muğankənd və Amankənd sakinləri də təxliyə olunub. Əraziyə FHN-in Muğan regional mərkəzin əməkdaşları, eləcə də FHN Muğan və Lənkəran hərbi hissələrinin əsgərləri cəlb olunub. Kəndlərə giriş-çıxışlar nəzarətə götürülüb.

Görülən tədbirlər nəticəsində Bolqarçayda sel təhlükəsi qismən səngiyib. 3 kənddən təxliyə olunan sakinlər evlərinə geri qaytarılır. Sel təhlükəsinin tam qarşısını almaq üçün İranla sərhəddə ağır texnikalar işləyir.

Bolqarçayın İranla sərhəddə qismən daşması nəticəsində arıçılıq təsərrüfatlarına ziyan dəyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.