Bilgəhdə tapılan suiti və quş cəsədlərindən nümunələr götürülüb

Suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb.

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Bilgəhdə suiti və quş cəsədlərinin tapılması barədə Azpost məlumat yayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.