Bill Qeyts peyvənd olundu –"Özümü əla hiss edirəm" (FOTO)

“Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts koronavirusdan peyvənd edilib.

Bu barədə o, özünün tvitterdəki səhifəsində məlumat yayıb. O, birinci dozanı aldığını qeyd edib və COVID-19 preparatının yaradıcılarına təşəkkür edib.

“Üstünlüklərdən biri budur ki, sənin 65 yaşın var, mən COVID-19-a qarşı vaksin hüququna malikəm. Bu həftə birinci dozanı aldım və özümü əla hiss edirəm. Bütün alimlərə, sınaqların iştirakçılarına, nizamlayıcı idarələrə və öndə olan həkimlərə, hansılar ki, bizi bu ana gətirib çıxardılar – təşəkkürlər”, – Qeyts tvitterdə yazıb. (Report)

Milyarder məhz hansı vaksinin dozasını aldığını açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Korrupsiyaya qarşı Mübarizə İdarəsi Salyan Epidemiologiya Mərkəzində əməliyyat keçirib-

Sonrakı məqalə

Türkiyə ilə Avropa İttifaqı münasibətlərin inkişafı üçün “yol xəritəsi” hazırlayacaq