Biləcəri qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə AzPost-a “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan 81 saylı yarımstansiyada yeni yuvanın quraşdırılması ilə əlaqədər yanvarın 10-da elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan saat 13:00-dək Biləcəri qəsəbəsi Cantəpə yaşayış massivi və ətrafında yerləşən ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.