Binəqədidə piyada keçidi avtomobillə bağlandı- Pandusun qarşısını kəsib (FOTO)

Paytaxtın Binəqədi rayonunda piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hissə avtomobil tərəfindən tutulub. AzPost xəbər verir ki, hadisə Binəqədi rayonu Adil Məmmədov küçəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, “Hyundai” markalı, 10-ZY-810 dövlət qeydiyyat nişanlı avtomobil səkidən eniş hissəsinin qarşısında park edilib. Nəticədə piyadaların, xüsusilə uşaq arabası ilə hərəkət edən valideynlərin və fiziki məhdudiyyətli şəxslərin yolu bağlanıb.

Görüntülərdən aydın olur ki, nəqliyyat vasitəsi məhz pandusun qarşısını kəsərək səkidən yolun keçidini mümkünsüz edib. Bu cür ərazilər hərəkəti məhdud vətəndaşların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulur.

Sakinlər bildirir ki, bu cür park etmə halları tez-tez təkrarlanır və ərazidə piyadaların hərəkətinə ciddi çətinlik yaradır. Onların sözlərinə görə, sürücülər piyada infrastrukturunu nəzərə almadan avtomobillərini saxlayırlar.

Qeyd edək ki, qaydalara əsasən piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrin tutulması inzibati məsuliyyət yaradır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.