“Biologiya və aqrar elmlərdə qonşu ölkələrdən geri qalırıq” –AMEA-nın vitse-prezidenti

“Elmi fəaliyyətlə bağlı reytinqlərə əsasən Azərbaycan ənənəvi biologiya və aqrar elmlərdə qonşu ölkələrdə geri qalır”.

Bunu AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova Ümumi yığıncaqda deyib.

O bildirib ki, lakin biokimya, molekulyar biologiya və genetika elmləri üzrə isə təqribən Gürcüstanla eyni mövqedə ( Azərbaycan – 97, Gürcüstan – 95), Ermənistandan isə xeyli irəlidədir (116):

“Beləliklə, Azərbaycan bu sahələr üzrə 2017-ci ildə 126, 2018-də 163, 2019-da 130, 2020-ci ildən isə 97-ci yerdə qərarlaşıb”. (APA)

Əvvəlki məqalə

Milli Məclis Şuşada ilk dəfə dinləmələr keçirir

Sonrakı məqalə

“Yaxın günlərdə Putinlə Zelenski İstanbulda görüşə bilər” –