“Yaxın günlərdə Putinlə Zelenski İstanbulda görüşə bilər” –Hulusi Akardan açıqlama

Yaxın vaxtlarda Ukrayna və Rusiya prezidentlərinin görüşü baş tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.

“Prezident Ərdoğan dəfələrlə cənab Putin və cənab Zelenski ilə görüşüb. Bu görüşlərdə prezident ən qısa zamanda atəşkəsə nail olmağa və danışıqlar masası arxasına oturmağa çalışır. Ümid edirik ki, bəzi çətinliklərə baxmayaraq, yaxın günlərdə iki liderin görüşü olacaq”, – Akar deyib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son telefon söhbətində görüşlə bağlı təklif verib.

Ərdoğan bildirib ki, İstanbulda Rusiya-Ukrayna liderləri arasında görüş təşkil etmək istəyir.

Azpost.info

Əvvəlki məqalə

“Biologiya və aqrar elmlərdə qonşu ölkələrdən geri qalırıq” –

Sonrakı məqalə

Prezidentin imzaladığı konseptual sənədlərin layihələrini kim gecikdirir?