Bir ayda xaricə 20 milyon dollarlıq pomidor satan sahibkar kimdir? –RƏSMİ/CƏDVƏL

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayında qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar-iyul aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alıb. O, iyulda 20,2 milyon dollarlıq ixracı ilə, iyunda reytinqdə 17 milyon dollarlıq ixracı ilə 10-cu yeri tutmuş “Aqrovest” MMC-ni siyahıdan çıxarıb.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 134,1 milyon dollarlıq pomidor ixrac edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.