BİR BƏDƏNDƏ İKİ CAN –Müəllim işləyən, maşın sürən, dünyanı heyrətə salan Siam əkziləri /FOTOLAR

Ebbi və Brittani Hensel tamamilə fərqli iki qız olsalar da onların bir ortaq cəhəti var – eyni bədənə sahibdirlər. Onlar Siam əkizləri kimi doğulduqdan sonra qarşılarına çıxan bütün çətinliklərin öhdəsindən gəlirlər.

Azpost dünyanı heyrətləndirən Siam əkizlərinin mübarizə dolu həyatından maraqlı məqamları oxucularına təqdim edir.

Qızlar doğulanda həkim valideynlərinə deyib ki, körpələrin səhərə qədər yaşayacaqlarına inanmır.

Təəssüf ki, Siam əkizlərinin 40-60 faizi ölü doğulur və 35 faizi ilk 24 saat ərzində sağ qalmır.

Amma əkizlər böyüdülər, kolleci bitirdilər və hətta işə də düzəldilər.

Ebbi və Brittani Hensel 2012 TLC kanalının realiti-şousunda çıxışdan sonra beynəlxalq şöhrət qazandılar. Bundan əvvəl isə onların ilk hekayəsini məşhur teleparacı Opra Uinfri 1996-cı ildə təqdim etmişdi.

Bu şoudan sonra “Life” jurnalı qızların fotusunu əsas səhifəsində çap etdi.  2003-cü ildə “Life”  “Time” jurnalı  ilə birlikdə 11 yaşında olan əkizlərin yenilənmiş hekayəsini nəşr edib.

2006-cı ildə TLC əkizlər haqqında “Joined Life: Abby və Brittany Turned 16” adlı ilk televiziya xüsusi filmini hazırlayıb. 2007-ci ildə isə Siam əkizləri Britaniyanın “Extraordinary People” serialında göründülər.

Birlikdə böyümək

Ebbi və Brittani Minnesota ştatının Carver County şəhərində, keçmiş tibb bacısı Patti və dülgər və landşaft dizayneri Mayk Henzelin ailəsində anadan olublar.

Uşaqlığı mübarizə və sınaqlarla keçən Siam əkizləri üçün digər uşaqların təbii qəbul etdikləri ən sadə işlərin öhdəsindən gəlmək  son dərəcə çətin idi. Çünki hər bir əkiz ümumi bədəninin yalnız yarısını idarə etdiyi üçün koordinasiyaya çatmaq üçün vaxt lazım oldu.

Siam əkizlərinin doğulmağı hər iki valideyn üçün böyük bir şok olub. Belə əkizlərin ilk iyirmi dörd saatda sağ qalma şansı yalnız otuz milyonda bir olur.  Körpələrin bədənləri bir-birinə çox sıx bağlı olduğundan onları cərrahi yolla ayırmaq ideyası tez bir zamanda gündəlikdən çıxarıldı.

Ebbi və Brittaninin iki ayrı ürəyi, iki cüt ağciyəri, ümumi çanaqla birləşən iki onurğası, iki yemək borusu, üç böyrək, bir sinə, bir qaraciyər, qismən paylaşılan sinir sistemi və tamamilə ortaq qan dövranı sistemi var.

Beldən aşağıda, reproduktiv sistem, bağırsaqlar və sidik kisəsi də daxil olmaqla, ortaq hər şey var. Hər bir əkiz yalnız bədəninin müvafiq tərəfini  hiss edə bilər. Əkizlər əslində üç qollu doğulublar. Lakin üçüncü qolu doğuşdan qısa müddət sonra cərrahi yolla götürülüb.

Qızlar çox nadir vəziyyət sayılan “dicephalic parapagus” adlanan Siam əkizləridir. Əkizlər fərqli başları və boyunları olan eyni  bədəni bölüşürlər. Hər bir əkiz birləşmiş bədəninin bir tərəfini idarə edir.

Bu o deməkdir ki, gəzinti, qaçış, velosiped sürmək və ya üzgüçülük kimi ən əsas fiziki işləri görmək üçün  yaxşı məşq edilmiş birgə səy olmalıdır.

Bununla belə, əkizlər təslim olmayıb, birlikdə çalışaraq normal, aktiv həyat sürməyə davam edirlər. 27 il sonra onlar xoşbəxt və sağlam həyat sürür və nə qədər qeyri-adi olduqlarını sübut edirlər.

Ebbi və Brittani Hensel həyati vacib orqanları paylaşsalar da, səhhət məsələsində bir-birlərindən fərqlidirlər. Məsələn, Brittani uşaqlıqda ağır pnevmoniyadan əziyyət çəkirdi, Ebbi isə tamamilə sağlam idi.

Siam əkizləri 27 ildir bir-birinə bitişik yaşamalarına baxmayaraq, yemək, geyim və hətta yuxu rejimləri ilə bağlı fərqli seçimləri olan iki tamamilə fərqli insandır.

 

Onlar üçün ən böyük problemlərdən biri çox fərqli olan iki iştaha uyğunlaşmaq idi. Yemək menyusunu razılaşdırmaq, hər iki bacının eyni dərəcədə razı qalması üçün güzəştə getmək lazım gəlirdi.

Qızlar süfrəyə əyləşəndə ​​birində çəngəl, digərində bıçaq olan iki ayrı boşqabdan yemək yeyirlər. Yemək yeyərkən, hər iki əkiz növbə ilə hissə-hissə yeyirlər.

Əkizlər idmanla bağlı fəal həyatları var. Boulinq, velosiped sürmək, voleybol və üzgüçülükdən həzz alırlar. Onlar hətta məktəbin voleybol komandasında oynayıblar.

Dostları və ailəsi, həkimlər onların heyrətamiz fortepiano bacarıqlarına heyran qalırlar. Ebbi sağ əllə, Brittani isə sol əllə piano çalarkən inanılmaz koordinasiya və ritm göstərə bilirlər.

 

Əkizlər maşın sürmək üçün sürücülük imtahanı da veriblər. Onlar avtomobili komanda şəklində idarə edirlər: Əkizlərin hər biri bir əli ilə sükanı idarə edirlər.  Yola çıxdıqda Brittani dönmə siqnalına, Abbi qaza nəzarət edir. Qızların hər birinə ayrılıqda sürücülük vəsiqəsi verilib.

Əkizlər Sent-Poldakı Bethel Universitetində kollecdə oxuyublar. Abbi həmişə riyaziyyatı, Brittani isə yazmağı sevirdi.

2008-ci ildə orta məktəbi bitirdikdən sonra qızlar təhsil sahəsində ixtisaslaşmış Bet-El Universitetinə daxil olublar. 2012-ci ildə iki ayrı diplomla məzun oldular.

Hazırda Siam əkizləri Mounds View Public School-da müəllim dirlər və 5-ci sinifə dərs deyirlər.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.