Bir həftə sonra vaxtı bitən “taxıl sazişi”nin aqibəti necə olacaq?- Ərdoğandan AÇIQLAMA

“Ankara “taxıl sazişi”nin icrası üçün vaxt çərçivəsi müəyyən edilməsini yanlış hesab edir”.

Azpost.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Özbəkistandan qayıdarkən jurnalistlərə bildirib.

“Hesab edirəm ki, orada vaxt çərçivəsi təyin etmək düzgün olmazdı”, – Ərdoğan deyib.

Türkiyə prezidentinin sözlərinə görə, sazişin sərhədlərini müəyyən etmək və bunun üzərində çox çalışmaq lazımdır.

Ərdoğan onu da əlavə edib ki, tərəflər “taxıl sazişi” ilə bağlı yenidən bir araya gələndə taxıl göndərəcəkləri Afrika ölkələrinin sayının artırılmasını müzakirə edə bilərlər.

Qeyd edək ki, “taxıl sazişi”nin müddəti noyabrın 19-da başa çatır.

Azpost.info

Əvvəlki məqalə

Belarus Ukraynanı sərhədlərini minalamaqda ittiham edib

Sonrakı məqalə

Rusiya bu gəmilərin Kerç boğazından keçməsinə qadağa qoydu