Rusiya bu gəmilərin Kerç boğazından keçməsinə qadağa qoydu- Detallar

Rusiya bir sıra gəmilərin Kerç boğazından Azov dənizinə keçməsinə qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirlik bununla bağlı Rusiya tərəfindən bildiriş aldıqlarını bildirib.

“Rusiya Dəniz Administrasiyasından aldığımız rəsmi bildirişə əsasən, Rusiya ərazisindən kənarda yüklənmiş gəmilərin Azov dənizinə keçidi təmin edən Kerç boğazından şimala keçməsi qadağandır”, – məlumatda qeyd olunur.

Kerç boğazı Azov dənizini Qara dənizlə birləşdirir. Boğazın qərb sahili Krımın Kerç yarımadası, şərq sahili Taman yarımadasıdır.

Oktyabrın 8-də Krıms körpüsündə baş verən partlayışdan sonra Rusiya prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, elektrik şəbəkəsi körpüsünün və magistral qaz kəmərinin mühafizəsi tədbirlərinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Mühafizə tədbirlərini təşkil etmək və əlaqələndirmək səlahiyyəti Federal Təhlükəsizlik Xidmətinə verilib.

Azpost.info

Əvvəlki məqalə

Bir həftə sonra vaxtı bitən “taxıl sazişi”nin aqibəti necə olacaq?

Sonrakı məqalə

“Bayden Fətullah Güləni gizlədir, Yunanıstan onlara dəstək verir”