Futbolçuların dəyərinin qiymətləndirilməsi ilə məşğul olan Almaniyanın Transfermarkt portalı Amerika MLS Liqasının ən bahalı oyunçularının yenilənmiş reytinqini təqdim edib.
Azpost.info bildirir ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi liqanın ən bahalı futbolçusu adını qoruyub. Son üç ayda onun transfer qiyməti 5 milyon azalıb və hazırda 30 milyon avro təşkil edir.
Son bir ildə 36 yaşlı argentinalı 15 milyon avro ucuzlaşıb.
Qeyd edək ki, Messi 33 və daha yuxarı yaş kateqoriyasında planetin ən bahalı futbolçusu olaraq qalır.
MLS-in ən bahalı oyunçuları onluğuna Messinin keçmiş “Barselona” komanda yoldaşı Riki Puç və Sankt-Peterburqun “Zenit”inin keçmiş hücumçusu Sebastyan Driussi daxildir.
MLS-in ən bahalı futbolçularının siyahısı:
Lionel Messi (“İnter Mayami”, Argentina) – 30 milyon avro;
Tiaqo Almada (Atlanta Yunayted, Argentina) – 27 milyon avro;
Fakundo Torres (Orlando Siti, Uruqvay) – 14 milyon avro;
Cucho Hernandez (Columbus Crew, Kolumbiya) – 13 milyon avro;
Riqui Puig (LA Galaxy, İspaniya) – 12 milyon avro;
Hani Muxtar (Naşvil, Orlando) – 12 milyon avro;
Huqo Kuipers (Chicago Fire, Belçika) – 11 milyon avro;
Talles Magno (Nyu-York, Braziliya) – 10 milyon avro;
Sebastyan Driussi (Ostin, Argentina) – 10 milyon avro;
Denis Buanqa (Los-Anceles, Qabon) – 10 milyon avro.
Lionel Messi keçən yay “İnter Mayami”yə keçdi. Florida klubunda 19 oyun keçirib, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.