Bir milyon funt sterlinq qazanan bankir sendviç oğurlayıb

ABŞ-ın “Citigroup” İnvestisiya Bankının illik 1 milyon funt sterlinq qazanan bankiri yeməkxanadan sendviç oğurlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu şəxs hazırda bankın 31 yaşlı bankiri Paras Şahdır.

Məlumata görə, bankir oğurluqdan sonra iş müqaviləsi dondurulduğu üçün hazırda maaş da ala bilmir.

Qeyd edək ki, bank sektorunda bu ilk hadisə deyil. Bundan əvvəl Yaponiyanın “Mizuho” Bankında bir bankir dostunun velosipedindən dəyəri 5 funt sterlinq olan detalı oğurladığı üçün işdən qovulmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dubaydakı “Bürc Xəlifə” qülləsi qırmızıya bürünüb

Sonrakı məqalə

“İşçi müdirdən tez işdən getsə, səhəri gün cəzalandırılır” –