“Bir neçə gün əvvəl Bakıdan sülh sazişi ilə bağlı təklifləri almışıq” –Ermənistanın XİN başçısı

Ermənistan Azərbaycandan sülh sazişi ilə bağlı növbəti təklifləri alıb.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berlində Almaniyanın XİN başçısı Analena Berbok ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Laçın yolundakı situasiyaya baxmayaraq öz təkliflərini təqdim ediblər. “Bir neçə gün əvvəl Azərbaycan tərəfindən cavab almışıq”.

Mirzoyan deyib ki, proses davamlı və mərhələli aparılır. “Biz işi davam etdiririk. Bu çox mühümdür”. 

XİN başçısı bildirib ki, İrəvan sülh gündəminə sadiqdir.

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.