Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya mənzil verilib

Orkhan Ali 15 Mart 2024 - 13:16 (Last updated: 21 May 2025 - 20:15)
1710493490172242599_1200x630

Martın 15-də Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara (hərbi xidmətdə olan, ehtiyata buraxılmış hərbi qulluqçular və ya onların varislərinə) daimi mənzillərin verilməsi mərasimi keçirilib.

Təqdimatda hərbi qulluqçular, onların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev deyib ki, hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident, Ali Baş Komandanımız İlham Əliyevin tapşırığı əsasında Novruz bayramı ərəfəsində həmin mənzillərin bir qisminin açarları təqdim olunur. Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik və bu bizi xidmətimizdə daha da yüksək nailiyyətlər əldə etməyə sövq edir.

Qeyd edək ki, mənzillərin açarlarının təqdimetmə mərasimi “Hövsan” Yaşayış Kompleksində keçirilib. 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların ailə tərkibi nəzərə alınmaqla onlara müvafiq sahəsi olan mənzillər verilib.

Ümumiyyətlə mənzillər şəffaflıq və ədalətlilik prinsipi nəzərə alınmaqla, seçim əsasında Abşeron rayonunda, Bakının Sabunçu və Suraxanı rayonlarında hərbi qulluqçuların ailələrinə təqdim edilib.

Post navigation

Previous: “Rusiyanın Ukraynada qələbəsi Avropaya inamı məhv edəcək”
Next: Rusiya maraqlarına cavab verməyən beynəlxalq sazişlərdən çıxacaq

Oxşar xəbərlər

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25

xƏBƏR

Müqavilə
  • Sosial

Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!

User 25 Oktyabr 2026 - 14:20
Kirayə mənzildə yaşamaq bir çox ailə, tələbə və başqa şəhərdən Bakıya gələn insanlar üçün gündəlik həyatın bir...
Read more about Kirayə ev tutanlar müqavilədə bu 6 məqama diqqət etsin!
Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər Kart
  • Maraqlı

Bank kartı ilə bağlı 7 səhv pul itkisinə səbəb ola bilər

User 25 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 25 Oktyabr 2026 - 13:41
Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur? kitab
  • Maraqlı

Niyə bəzi mahnılar və köhnə kitablar illər keçsə də unudulmur?

User 25 Oktyabr 2026 - 12:50
Evdə qida israfını azaltmağın 6 yolu qida yemek
  • Sosial

Evdə qida israfını azaltmağın 6 yolu

User 25 Oktyabr 2026 - 12:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.