“Bir şeyi bilirəm, Putin bu müharibədən qurtulmaq istəyir” –Tramdan AÇIQLAMA

Tramp
Tramp

ABŞ Ukraynanı “Patriot” zenit-raket kompleksləri və digər hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi nəzərdən keçirəcək.

AzPost bildirir ki, bu sözləri ABŞ Prezidenti Tramp Haaqada keçirdiyi mətbuat konfransında deyib.

Lakin o, ABŞ-ın özünün də bu silahlara ehtiyacı olduğunu qeyd edib. Tramp Kiyevə hərbi yardımın davam edib-etməyəcəyini dəqiqləşdirməyib. Ukraynanın müdafiəsi üçün vəsaitin ayrılması ilə bağlı qərarın daha sonra veriləcəyini vurğulayıb.

Tramp həmçinin vaxtı dəqiqləşdirmədən Putinlə gözlənilən söhbətini açıqlayıb.

“Mən bir şeyi bilirəm, Putin bunu həll etmək istəyir. Bütün bunlardan içindən çıxıb qurtulmaq istəyir. Bu, onun üçün hər şeyin bir-birinə qarışdığı vəziyyətdir”, – deyə Tramp vurğulayıb.

Tramp bir daha deyib ki, Ukraynada müharibənin 24 saata başa çatması ilə bağlı sözləri sarkazmdır. “Putin daha mürəkkəb insandır, mənim də Zelenski ilə problemlərim olub. Bu, ən çətin müharibədir”, – o əlavə edib.

Tramp Zelenski ilə Ukraynada atəşkəs məsələsini müzakirə etmədiyini bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.