“Bir sıra regionlarında yol-cizgi işarələri, silinmiş nişanlanma xətləri bərpa olunur”- DYP

Dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də Dövlət Yol Polisi qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş idarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, hazırda meteoroloji şərait nəzərə alınmaqla, respublikanın bir sıra regionlarında, o cümlədən Xaçmaz, Tovuz, Zərdab, Şəki və Tərtərdə istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, yol-cizgi işarələrinin, silinmiş nişanlanma xətlərinin bərpası həyata keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.