Birbank müştərisinin kartı bloklandı- 1 ay gözlədi, üstəlik əlavə ödəniş də etdi

Kapital Bank

Birbank (Kapital Bank) müştərisi Elçin Əsədov sosial şəbəkədə kartının bloklanması, pul vəsaitinə çıxışın məhdudlaşdırılması və əlavə ödənişlərin tutulması ilə bağlı narazılığını bildirib. AzPost xəbər verir ki, onun sözlərinə görə, təxminən bir ay əvvəl bank kartı bloklanıb və ondan 6 000 manatlıq mədaxilin səbəbi barədə izahat tələb olunub.

Müştəri bildirib ki, bu məbləğ şəxsi kriptovalyutasını satması nəticəsində əldə olunub və o, bunu təsdiqləyən bütün sənədləri banka təqdim edib. Lakin bankın qeyd etdiyi 5 400 manatlıq digər mədaxil isə heç vaxt onun hesabına daxil olmayıb: “Bu barədə bankı məlumatlandırmışam, amma yenə də məndən izahat tələb edirlər”.

Elçin deyir ki, bu gün filialda ona blokdakı vəsaitinin qaytarılacağı bildirilib, lakin kartlarının bağlanacağı və gələcəkdə Kapital Bank-dan yenidən kart ala bilməyəcəyi söylənilib. O etiraz etdikdən sonra əməkdaş “gözləyin” deyərək ona yeni kart verib.

Müştəri əlavə edib ki, pulu yalnız 1% komissiya ilə nağdlaşdıra bilib və bu səbəbdən təxminən 50 manat əlavə vəsait ödəməli olub. Filialda sənədlərə baxış zamanı əməkdaşların daxilən yazışmalarından məlum olub ki, o, 5 400 manatlıq mədaxil barədə məlumatının olmadığını bildirsə də, bu məbləğin ümumiyyətlə ona gəlmədiyi rəsmilərdə dəqiqləşdirilməyib.

Şikayətçi həmçinin qeyd edib ki, bankın baş ofis əməkdaşlarından biri tərəfindən “pulu qaytarın, kartlarını açmayın” göstərişi verilib.

“Bir aydır vəsaitim blokdadır, üstəlik heç bir əsas olmadan məni bankın qara siyahısına salmaq istəyiblər. Bu özbaşınalıqla bağlı hara müraciət etməliyəm?” — deyə müştəri sual edir.

Kapital Bank tərəfindən hələlik məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.