Birinci sinfə qəbul…- Tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında