Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibəti ilə xristian icmasını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pasxa bayramı münasibəti ilə Azərbaycanın xristian icmasını təbrik edib.

“Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Bu əziz gündə vətəndaşlarımızın sağlamlığı, xoşbəxt gələcəyi, ölkəmizin əmin-amanlığı naminə dualar edilir. Bütün bu dua və diləklərə qoşularaq əmin olduğumu bildirirəm ki, biz bu gün üzləşdiyimiz çətinliklərin öhdəsindən xalqımızın həmrəyliyi, əzmi və iradəsi sayəsində uğurla gələcəyik! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram!”-deyə M.Əliyeva yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə koronavirusa yoluxmuş 107 yaşlı qadın sağalıb

Sonrakı məqalə

Atəşkəs 25 dəfə pozulub