Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Ali Şurasının iclasında Şeyx Məhəmməd bin Zayed Al Nəhyan yekdilliklə ölkə Prezidenti seçilib.
Rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabidəki Əl-Muşrif sarayında keçirilən iclasa sədrlik edən Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Al-Maktum Federal Ali Şuranın qərarını açıqlayıb və BƏƏ-nin digər əmirləri adından yeni Prezidenti təbrik edib, ona uğurlar arzulayıb.
Ali Şuranın üzvləri mərhum Prezident Şeyx Xəlifə bin Zayed Al Nəhyanın xatirəsini yad edib, onun ruhuna dualar oxuyublar.