Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24 (Last updated: 03 Noyabr 2026 - 14:24)
Tramp

ABŞ prezidenti Donald Tramp İranla bağlı üç mümkün variantı nəzərdən keçirir: Tehranla razılaşma əldə etmək, yeni hərbi zərbələr endirmək və ya iqtisadi təzyiqi davam etdirmək. Onun sözlərinə görə, qərar verməyə tələsməyəcək. Bu arada prezidentin müşavirləri arasında məsələyə dair fikir ayrılığı yaranıb və onlar üç fərqli mövqedə cəmləşiblər.

Bu barədə Axios nəşri Trampın müsahibəsinə və məlumatlı mənbələrlə söhbətlərinə istinadən xəbər yayıb.

Tramp İranla bağlı nə deyib?

“Bu və ya digər şəkildə hansısa addım atacağıq, amma tələsməyə ehtiyacımız yoxdur. Biz onlara maliyyə baxımından zərbə vurmuşuq. Pulları yoxdur, benzini yoxdur və xalq bundan çox yorulub. Biz onlarla danışıqlar aparırıq. Hər şey yaxşı gedir.

Onlarla bağlı problem ondadır ki, onlar daim bizi tələsdirməyə çalışırlar, özləri isə yerində sayırlar. İran tərəfi gözlənildiyindən daha az tələsir, amma razılaşma əldə etməyi heç vaxt olmadığı qədər çox istəyir”, – deyə Tramp Axios-a müsahibəsində bildirib.

Nəşrin yazdığına görə, prezidentin ətrafında bu üç variantın hər birini dəstəkləyən şəxslər var.

Kim razılaşma, kim müharibə, kim iqtisadi təzyiq istəyir?

Razılaşma tərəfdarları. ABŞ-ın vitse-prezidenti Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoff Trampı İranla razılığa gəlməyə çağırırlar. Onların fikrincə, müharibənin yenidən başlanması vəziyyəti yaxşılaşdırmaya bilər. Mənbələrin sözlərinə görə, Fars körfəzi ölkələrinin əksəriyyəti də bu mövqedədir və bunu ABŞ prezidentinə çatdırıblar.

Hərbi əməliyyatların bərpası tərəfdarları. İsrailin baş naziri Benyamin Netanyahu və Pentaqonun rəhbəri Pit Heqset İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasını istəyirlər. Onlar hesab edirlər ki, Tehranla nə razılaşma əldə edərkən, nə də onun icrası zamanı etibar etmək olar. Bu səbəbdən Trampın məsələni hərbi yolla sona çatdırmalı olduğunu düşünürlər.

İqtisadi təzyiq tərəfdarları. ABŞ-ın maliyyə naziri Skott Bessent, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və dövlət katibi Marko Rubio hazırkı vəziyyətin qorunmasını – nə müharibənin başlanmasını, nə də razılaşmanın əldə edilməsini, bunun əvəzinə İrana iqtisadi təzyiqin davam etdirilməsini tövsiyə edirlər.

Axios-un mənbəsi bildirib ki, Retkliff öz mövqeyini Trampa belə izah edib: uzunmüddətli iqtisadi çətinliklər İranı daha ciddi güzəştlərə getməyə məcbur edə bilər. Digər ehtimal isə ölkədə elə bir qeyri-sabitliyin yaranmasıdır ki, nəticədə əhali hakimiyyətə qarşı üsyana qalxa bilər.

Vens nə deyir?

ABŞ-ın vitse-prezidenti Cey Di Vens jurnalistlərə açıqlamasında danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib:

“Müəyyən irəliləyişə nail olmuşuq və görəcəyik, daha böyük nəticə əldə edə biləcəyikmi… Zərbələrin yenidən başlanması üçün heç bir son tarix müəyyən etməmişik. Biz əmin olmaq istəyirik ki, iranlılar nüvə proqramlarını bərpa etmirlər və buna cəhd göstərmirlər”.

Bundan əvvəl nə baş verib?

Oktyabrın 23-də Floridada seçki mitinqində çıxış edən Tramp ABŞ-ın İrana qarşı daha bir hərbi əməliyyat keçirə biləcəyini bəyan edib.

İki gün sonra, İsraildə parlament seçkiləri ərəfəsində Benyamin Netanyahu süni intellekt vasitəsilə yaradılmış Təl-Əvivdə nüvə partlayışını əks etdirən görüntü yayımlayıb. İsrailin baş naziri İranın nüvə silahı əldə edəcəyi təqdirdə ikinci Holokost təhlükəsinin yarana biləcəyi barədə xəbərdarlıq edib.

Axios-un jurnalisti Barak Ravid isə amerikalı rəsminin sözlərinə istinadən yazıb ki, respublikaçılar aralıq seçkilərdə məğlub olsalar, Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata razılıq verməyə daha meyilli ola bilər.

Noyabrın 2-də ABŞ Hörmüz boğazında yerləşən İranın Qeşm adasına bir sıra zərbələr endirib. Bu addım İran tərəfinin hücumlarına cavab kimi təqdim olunub.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi
Next: Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

Oxşar xəbərlər

lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
abs silah
  • Dünya

ABŞ Ukraynaya silah tədarükü üçün NATO-dan əlavə 2 milyard istəyir

User 03 Noyabr 2026 - 14:07

xƏBƏR

budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
Milli Məclisin komitələrində “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayır. Sabah qanun layihəsi...
Read more about Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq? Tramp
  • Dünya

Tramp İranla bağlı qərarını verir – Müharibə başlayacaq, yoxsa Tehranla razılaşacaq?

User 03 Noyabr 2026 - 14:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.