Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Birmarket-də kuryer özbaşınalığı

Orkhan Ali 08 İyun 2026 - 10:23 (Last updated: 08 İyun 2026 - 10:44)
Birmarket

Birmarket

Onlayn alış-veriş platformalarından olan Birmarket növbəti dəfə vətəndaşı çətin vəziyyətdə qoyub və xidmət keyfiyyətinin aşağı olması ilə gündəmə gəlib. AzPost xəbər verir ki, şikayətçi Valeh Dünyamalıyevin sözlərinə görə, platforma üzərindən sifariş etdiyi qabyuyan maşının çatdırılma prosesində həm kuryerin, həm də şirkətin müştəri xidmətlərinin kobud qayda pozuntuları və məsuliyyətsizliyi ilə qarşılaşıb.

“Kuryer vaxtı dəfələrlə dəyişdi, sonda isə günahı məndə gördülər”

Vətəndaş bildirir ki, sifarişin ilkin çatdırılma tarixi 4 iyun 2026-cı il olaraq təyin edilib. Həmin gün kuryer zəng edərək Masallı rayonundakı “Kontakt Home” mağazasının yaxınlığına gəlməsini tələb edib. İş vaxtı olduğundan ünvana gedə bilməyən müştəri ilə kuryer arasında razılıq əldə olunub və çatdırılma növbəti günə – 5 iyun saat 13:00-14:00 radələrinə keçirilib.

Lakin növbəti gün vətəndaşın planları alt-üst olub:

“Ayın 5-i işlərimi elə planlaşdırdım ki, saat 13:00-da çıxıb malı götürüm. Amma kuryerdən səs-soraq çıxmadı. Sayta daxil olduqda çatdırılma vaxtının ardıcıl olaraq əvvəlcə 14:58-ə, sonra 15:48-ə, daha sonra ise 16:35-ə dəyişdirildiyini gördüm. Şirkətin bu gecikməsinə görə mənim də işlərim ləngidi və Lənkərana getməli oldum.”

Daha sonra kuryer yenidən zəng edərək məhsulu gətirdiyini desə də, müştəri rayonda olmadığını bildirib. Kuryer öz təşəbbüsü ilə çatdırılmanı şənbə gününə (6 iyun) keçirəcəyini və problemsiz təhvil verəcəyini vəd edib.

Şirkətdən absurd qərar: “Sifarişi qəbul etmədiniz” deyib ləğv etdilər

Hadisələrin gedişatı isə daha da qəribə hal alıb. İyunun 5-i axşam saat 20:10-da müştəriyə Birmarket-dən rəsmi mesaj gəlib. Mesajda sifarişin guya müştəri tərəfindən təhvil alınmaması səbəbindən ləğv edildiyi qeyd olunub. Haqsızlıqla üzləşən vətəndaş dərhal şirkətin çağrı mərkəzi ilə əlaqə saxlayaraq şikayətini rəsmi şəkildə qeydiyyata aldırıb.

Məsələ ilə bağlı Birmarket rəsmi açıqlama yayaraq müştəri ilə əlaqə saxlanıldığını və insidentin araşdırıldığını bildirib. Şirkətin rəsmi mövqeyində deyilir:

“Qarşılaşdığınız mənfi təcrübəyə görə üzr istəyirik. Sizin rəyiniz bu kimi halların aradan qaldırılmasına kömək edir. Bu məsələ ilə bağlı sizinlə əlaqə saxlanılıb və ətraflı məlumat təqdim olunub. Əlavə sual və ya müraciətiniz yaranarsa, sizə məmnuniyyətlə kömək etməyə hazırıq.”

AzPost.az

Post navigation

Previous: Mədəni irslə bağlı intellektual turnirin seçim mərhələsi başa çatıb
Next: “Bələdiyyə fəaliyyəti – problemlər, perspektivlər” layihəsi həyata keçirilir

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.