Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bit-birənin qənimi olan

User 03 İyun 2023 - 13:22 (Last updated: 21 May 2025 - 20:15)
16857828196469326680_1200x630

Dekorativ bitki kimi istifadə edilən ətirşahın 280 növü var və əsasən cənubi Afrikada geniş yayılıb.

Adından da göründüyü kimi, çox ətirli bitki olan ətirşahın yarpaqlarını ovxaladıqda əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ətirşahdan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.

İnsan əlinə bənzəyən ətirşah yarpaqları çox gözəldir. Onu həmişə gur işıqlı yerdə qoymaq, qış fəslində isə süni işıqlandırmadan -fitolampalardan istifadə edilməlidir.

Ətirşahın bitdiyi torpaq yumşaq və münbit olmalıdır, bitki drenajlanmış torpağı çox sevir. Onun köklərinin çürüməməsi üçün bitdiyi torpaq mütəmadi drenajlanmalıdır. Bəzi ətirşah növləri turş, zəif turş və neytral torpaqlarda bitir. Əgər həyətyani sahədə istixana varsa, onun torpağından götürüb bir qədər qum qatmaqla ətirşah üçün qidalı mənbə yaratmaq olar. Çiçəkləmə dövründə ətirşahın torpağına fosfor, azot və kaliumla zəngin olan gübrələr verilir.

Ətirşahın bitdiyi torpağın quruduğunu gördükdə dərhal sulamaq lazımdır, lakin onun ətrafının həddən artıq rütubətli olmasına yol vermək olmaz. Hədsiz çox sulama onu soldura bilər və ya çiçəkləmə dayanar. Qış aylarında isə ətirşah çox sulanmamalıdır. Quraqlığa davamlı olduğuna görə ətirşahın yarpaqlarını yumaq lazın deyil.

Ətirşahı toxumla çoxaltmaq olar. Lakin daha yaxşı üsul üzərində zoğ və ya tumurcuq olan kökümsovlar vasitəsilə yetişdirməkdir. Çoxalmanı payız və erkən yaz fəslində aparmaq lazımdır.

Bəzən ətirşahda külləmə xəstəliyinə rast gəlinir. Bundan qaçmaq üçün çiçəklədikdən sonra və ya solmağa, təravətini itirməyə başladığı dövrdə bitki kəsilməlidir. yarpaqlarında qonur ləkələr əmələ gəlibsə, deməli, bitkidə göbələk xəstəliyi var. Bunun üçün həmin zədəli yarpaqları dərhal kəsib yandırmaq lazımdır.

Post navigation

Previous: Prezident İsraillə ətraf mühitin mühafizəsi sahəsində Sazişi təsdiqləyib
Next: Prezident İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.