“Bizə verilən sözü nə ABŞ, nə Rusiya yerinə yetirir”- ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və ABŞ-ı kürd qüvvələrinin Suriyanın bir sıra bölgələrindən çıxarılması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib.

Azpost.info xəbər verir ki, bu barədə o, Romada İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə birgə mətbuat konfransında bildirib.

“ABŞ-a səfərim zamanı Suriya haqqında danışacağıq. Çünki Amerika tərəfi PKK və YPG-yə dəstəyini davam etdirir. Bizim üçün bu, təhlükədir. Bizə verilən söz həm ABŞ, həm də Rusiya tərəfindən yerinə yetirilmədi”, – Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Ankara Vaşinqton və Moskvaya mütəmadi olaraq 2019-cu il müqavilələrinin şərtlərinin yerinə yetirilmədiyini xatırladır.

Azpost.info

Əvvəlki məqalə

“NATO-ya üzvlük müraciətimizə qarşı təxribatdır”

Sonrakı məqalə

Azərbaycan Ordusunun əsgəri vəfat edib