“NATO-ya üzvlük müraciətimizə qarşı təxribatdır”- İsveç Baş naziri PKK-nın aksiyasını pislədi

İsveç Baş naziri Ulf Kristersson PKK tərəfdarlarının krallığın paytaxtında keçirilən nümayişini tənqid edib.

Azpost.info xəbər verir ki, Baş nazirin fikrincə, bu mitinq ölkənin NATO-ya qoşulmaq səylərinə zərbə vurur.

“Son dərəcə ciddi hadisədir. Bu, İsveçin NATO-ya müraciətinə qarşı təxribatdır. Bu hadisələr krallığın milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirilə bilər. Rəsmi Stokholm nümayişçilərin hərəkətlərini pisləyir.”, – Kristersson bildirib.

Yanvarın 12-də İsveçin paytaxtında PKK-ya dəstək aksiyası keçirilib. Təşkilatın tərəfdarları aksiyada Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı təhqir ediblər.

Nümayiş Ankarada kəskin tənqidlərə səbəb olub və krallığın NATO-ya qəbulu ilə bağlı Türkiyə-İsveç dialoquna mənfi təsir göstərib.

Azpost.info

Əvvəlki məqalə

Kiyev Makronun Rusiya ilə bağlı təklifinə “yox” deyir

Sonrakı məqalə

“Bizə verilən sözü nə ABŞ, nə Rusiya yerinə yetirir”