Biz birbaşa üçtərəfli formatda görüşə hazırıq –Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hakimiyyətinin onun Putinlə görüşünün baş tutmaması üçün əlindən gələni etdiyini deyib.

APA xəbər verir ki, Zelenski bu fikirləri bu gün NATO Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

“Biz ruslarla görüşə hazırıq, ancaq bir başa üç tərəfli formatda görüş daha arzu olunandır”, – deyə Zelenski vurğulayıb.

Daha sonra o, əlavə edib ki, Ukraynanın ruslarla heç bir razılaşması olmayıb.

“Razılaşma yalnız Trampla olub və bu gün o, Putini dayandıra biləcək yeganə adamdır.” – Zelenski qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.