Biz MSK-nın istənilən nəticəsini qəbul edəcəyik- Gürcüstanın Baş naziri

Biz səsvermənin nəticələri ilə bağlı Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) elan edəcəyi istənilən qərarı qəbul edəcəyik.

Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının MSK-nın istənilən qərarını qəbul edəcəyini deyən Baş nazir əlavə edib: “Sadəcə olaraq inanırıq ki, “Gürcü Arzusu” təqribən 60 faiz səs toplayacaq və bu, müxalifətin ən ağır məğlubiyyəti olacaq”.

Hökumətin başçısı qeyd edib ki, müxalifət də MSK-nın nəticələrini qəbul etməli və tanımalıdır.

“Mən bir daha müxalifəti seçkilərin nəticələri ilə barışmağa və MSK-nın açıqlayacağı qərarı tanımağa, 2018, 2021 və 2022-ci illərdə etdiklərini təkrarlamamağa çağırıram. Mən bütün partiyaları MSK-nın açıqlayacağı nəticələri tanımağa çağırıram”, – deyə İ.Kobaxidze vurğulayıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.