“Biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik” –İLHAM ƏLİYEV

“Qırğızıstana hazırkı səfərim böyük əhəmiyyət kəsb edir. Bu mənim Qırğızıstana ilk rəsmi dövlət səfərimdir. Bundan öncə iki dəfə beynəlxalq tədbirlər çərçivəsində burada səfərdə olmuşam. Qırğızıstan Prezidentinin də dediyi kimi, cəmi yarım il əvvəl o, Bakıda səfərdə olub. Bu gün isə mən buradayam”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Qırğızıstan dövlət başçısı Sadır Japarovla mətbuata birgə bəyanatlarla çıxış edərkən bildirib.

“Bu ondan xəbər verir ki, biz nəzərdə tutulmuş işləri daha tez reallaşdırmaq niyyətindəyik. Ümumiyyətlə, cavab səfərləri bir ildən az müddətdə baş vermir. Bu onun göstəricisidir ki, biz nəticəyə köklənmişik”, – Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Prezidenti böyük məmnuniyyətlə qeyd edib ki, Bakı görüşündə əldə olunmuş razılaşmaların bir hissəsi artıq reallaşdırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.