“Biz ordumuzu itirmişik, ancaq qalıqları qalıb”-Ermənistan müxalifətinin lideri “Zəngəzur da əldən gedəcək” dedi

“Biz ordumuzu itirmişik, onun ancaq qalıqları qalıb”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan müxalifətinin birləşdiyi “Vətənin xilası Naminə” Hərəkatının baş nazirliyə vahid namizədi Vazgen Manukyan Vanadzorda əhali ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu məğlubiyyətdə 90-lardakı qələbədən daha çox insan itirilib. “Milyard dollarlıq qiyməti olan silahları itirmişik, nəhəng iqtisadi itkilərimiz var”-deyə Manukyan vurğulayıb.

Onun sözlərinə görə, müharibə başladıqdan 3-4 gün sonra onu dayandırmaq olardı. “Daha az itki olardı. Şuşa isə ya satqınlıq, ya da axmaqlıq ucbatından itirildi”.

Moskvada nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı 11 yanvarda imzalanmış Rusiya-Azərbaycan-Ermənistan bəyanatına toxunan Manukyan deyib ki, biznes Ermənistanda deyil, Türkiyə və Azərbaycanda inkişaf edəcək: “Azərbaycanlılar 10 milyondur. Biz isə getdikcə azalırıq. Onlar sovet dövründə olduğu kimi yavaş-yavaş Zəngəzura, Ermənistana girəcəklər. Biz dövlət yox, yaşayış məskəni olacağıq”-deyə müxalifət lideri qüssəli şəkildə deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün 402 nəfər koronavirusa yoluxub –

Sonrakı məqalə

Hirkan Parkındakı yanğın bir istiqamətdə söndürülüb –