“Biz Qafqazda diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər”Çavuşoğlu

“Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün diplomatik həll yolu istəyəndə, buna razı olmayanlar indi siyasi çözüm istəyirlər, bəli, biz buna da razıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Antalyada keçirilən konqresində bildirib.

Cavuşoğlu qeyd edib ki, Türkiyə yeri gələndə sakit gücünü, yeri gələndə də sərt gücünü istifadə edə bilib və Türkiyənin, türk millətinin əleyhinə olan oyunları pozmağı bacarıb: “Suriyada, Liviyada, Şərqi Aralıq dənizində, Qarabağda olanlar göz önündədir. Dağlıq Qarabağda 30 ildir işğal vardı, zülm vardı. Dəfələrlə diplomatik həll yolu irəli sürdük, razılıq olmadı. Nooldu? Can qardaşımız Azərbaycan döyüş meydanına girdi, haqqını, işğalda olan torpaqlarını geri aldı. Amma indi diplomatiya, siyasi həll yolu istəyirlər, bəli, biz buna da varıq. Cənubi Qafqazın rifahı üçün 3+3 formatında, ikitərəfli, üçtərəfli görüşlər davam edir, bölgədə atəşkəsə nəzarət edirik, Ermənistan bu dərslərdən dərs alıb, düzgün davranarsa ən çox qazanc götürən Ermənistan olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DYP məktəblərdə əyani tədrisin başlanması ilə əlaqədar müraciət edib

Sonrakı məqalə

Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılıb