Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik, artıq bu regionda ədavətə son qoymaq vaxtıdır- İlham Əliyev

İndi Qarabağ məsələsi artıq bağlanıb, hazırda biz sülhə çox yaxınıq.

Bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Azərbaycanın sülh prosesini davam etdirməyə hazır olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər hazırda bərpa olunub. Biz görürük ki, sülhə nail olmaq olar, biz bunu istəyirik. Biz tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdik. İndi isə artıq bu regionda ədavətə son qoymaq vaxtıdır”.

Əvvəlki məqalə

Biz beynəlxalq hüququ özümüz bərpa etdik və göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var

Sonrakı məqalə

Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi belə bir ölkə üçün çox böyük iddia idi