“Bizdə 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür” –TƏBİB

“Vaksinasiya 100% effektiv deyil”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, buna baxmayaraq, bu günə qədər Azərbaycanda vaksin olunanların arasında sadəcə 0,6 % yoluxma halı müşahidə olunub: “Bu gün bütün dünyada 788 milyon doza koronavirusa qarşı vaksin vurulub. ABŞ, İsrail, Almaniya, Avropa ölkələri, Rusiya və Türkiyədə əhali daha çox vaksin olunub. Azərbaycanda 6 milyon ümumi vaksin vurulub. Bizdə 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür. Eyni zamanda yanvar ayından bu günə qədər bütün vaksinasiya məntəqələrində vicdanla çalışan bütün tibb işçilərinə təşəkkür edirəm. Bəzi xoşagəlməz hərəkətlər edən tibb işçiləri onların əməyinə heç bir halda kölgə sala bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda indiyədək əhalinin 24 faizi vaksin olunub –

Sonrakı məqalə

“Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur” –