“Bu gün xüsusi karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur” –ŞAHMAR MÖVSÜMOV

“Bu gün hər hansı sərtləşdirməyə getməyə ehtiyac yoxdur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu vəziyyət həkimləri də yorub.

“Həkimlər 2 ilə yaxındır məzuniyyətə çıxmayıb. Amma bu gün bu xəstəliyin öhdəsindən gəlirik. Lakin biz hiss etsək ki, xəstəxanalar xəstə ilə dolur, növbəti addımların atılması müzakirə oluna bilər. Pandemiyadan çıxış yolu peyvəndlənmədir. Peyvəndin də təhlükəsiz olması haqda kifayət qədər məlumat verilib. Bu gün 6 milyon dozaya qədər vaksin vurulub və hər hansı əks təsir müşahidə edilməyib. Peyvəndləməyə elmi işlərə, məqalələrə əsaslanaraq başlamışdıq. Artıq bizim əlimizdə olan rəqəmlər nəzəriyyə deyil. Vaksinin təhlükəsiz olması da heç kəsdə şübhə doğurmamalıdır. Bu gün COVID-19-dan ölənlərin 99%-i vaksin olunmayanlardır”, – deyə Ş. Mövsümov vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizdə 2 dozanı qəbul etmiş vətəndaşların sayı əsas götürülür” –

Sonrakı məqalə

“Sentyabrın 1-dən ticarət mərkəzlərinə, otellərə giriş yalnız COVİD pasportu ilə olacaq” –