“Bizdə kredit faizləri çox aşağıdır” –Mərkəzi Bankın sədri

“Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1%, fiziki şəxslər üçün isə 16,1 %dir”.

Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

AMB sədri bildirib ki, bu, Gürcüstanda hüquqi şəxslər üçün 14%, fiziki şəxslər üçün 18,6 %-dir: “Bizdə kredit faizləri qonşu ölkələrdən çox aşağıdır. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək inflyasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. AMB-nin proqnozlarına görə, bu ilin sonuna kimi inflyasiya 8,3% olacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.