Koronavirus pandemiyası, əmlak qiymətlərindəki eniş və Ukraynadakı müharibə fonunda qeyri-müəyyən perspektivlər yaranıb.
Azpost.info xəbər verir ki, bunu bu gün Pekində açılan Ümumçin Xalq Nümayəndələri Konqresində Baş nazir Li Keqianq bildirib.
Baş nazir son 30 ildəki ən aşağı ÜDM artımı barədə də xəbərdarlıq edib: “5,5 faiz… Bu, 1991-ci ildən bəri ən aşağı göstəricidir”.
Konqres üzvlərinə müraciət edən Li deyib ki, ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin 2022-ci ildə daha çox risk və problemlərlə üzləşəcək: “Biz onların öhdəsindən gəlmək üçün səy göstərməyə davam etməliyik”.
Azpost.info