“Bizi Qarabağdan sıxışdırıb çıxarmaq istəyirlər…”-Putinin mətbuat katibi

Dmitri Peskov
Dmitri Peskov

Qərb siyasətçiləri Rusiyanı Qarabağ regionundan sıxışdırıb çıxarmaq istəyir, ancaq sülh və sabitliyin qarantı kimi heç kim Rusiyanın əvəzləyə biləcək durumda deyil.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossii 1” telekanalında “Moskva. Kreml. Putin” verilişində bildirib.

Dmitri Peskov deyib ki, 3-5 il əvvəl belə mübarizə diplomatik maska altında aparılıb, indi o maskalar çoxdan atılıb, mübarizə açıq formada aparılır: “Bir sıra ölkələr Qarabağ ətrafında vəziyyəti qeyri-stabilləşdirməyə cəhd edir. Bunun nəticəsində Azərbaycan rəsmən bəyan etdi ki, birtərəfli mövqe tutan ölkələr çətin ki, hansısa vasitəçilik roluna iddia edə bilsinlər. Əlbəttə, belə mövqe tutmaqla nəyəsə iddia etmək yersizdir. Bizi oradan sıxışdırmaq cəhdinə gəlincə, biz bunu bilirik və Rusiya bununla bağlı səylərini davam etdirir”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.