Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Bizim müharibəmiz müharibə deyildi?” –

User 24 May 2023 - 12:43 (Last updated: 21 May 2025 - 20:15)
qaribaşvili

Gürcüstanın Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməsi onun özünün iqtisadiyyatının məhvinə səbəb ola bilər.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qatar İqtisadi Forumunda deyib.

“Biz 2008-ci ildə müharibədə idik. Siz bizimlə müharibəyə görə kiminsə Rusiyaya sanksiya tətbiq etdiyini xatırlayırsınızmı? Heç kim. Dünyada heç kim o müharibəyə adekvat reaksiya göstərmədi. Ona görə mənim sualım budur: Məntiq bunun harasındadır? Bizim müharibəmiz müharibə deyil, amma Ukraynanın müharibəsi müharibədir?”, – Baş nazir moderatorun sualına cavabında deyib.

 

Qaribaşvili əlavə edib ki, 2008-ci ildən sonra Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal edib, tarixi torpaqlarında 2 hərbi baza yaradıb və separatçı “respublikaların” müstəqilliyini tanıyıb. Bununla belə Qərb Rusiya ilə biznes əlaqələrini həmişəki kimi davam etdirib:

“Bu işğal indi də davam edir. Mənim amerikalı və avropalı dostlarımıza sualım budur – əziz dostlar, siz Rusiya ilə biznesi həmişəki kimi davam etdirmisiniz. Heç kim Rusiyaya sanksiya tətbiq etməyib. Diqqətinizə çatdırım ki, Aİ 2008-2022-ci illərdə Rusiyaya 2,5 trilyon dollar ödəyib. Gürcüstanın Rusiya ilə xarici ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan azdır. Müqayisə üçün deyim ki, Avropanın Rusiya ilə 4 günlük ticarətini biz 1 ildə edirik. 1 milyard dollar Rusiya iqtisadiyyatına təsir edə bilməz. Bu onun üçün 0,3 faizdir, beləliklə bizim Rusiyaya sanksiya tətbiq etməyimizin arxasında məntiq yoxdur”.

Baş nazir qeyd edib ki, Gürcüstan hakimiyyəti Ukraynanı və Ukraynalıları dəstəkləyir və müharibənin tezliklə bitməsini istəyir: “Biz Ukraynanı, ukraynalıları dəstəkləyirik və bu müharibənin tezliklə bitməsini istəyirik. Biz hər bir beynəlxalq platformada 500-dən çox qətnaməyə, bəyanatda qoşulmuşuq . Biz maliyyə sanksiyalarına tam riayət etmişik, ABŞ dövlət departamenti rəsmi şəkildə bəyan etdi ki, Gürcüstanın maliyyə institutları, Milli Bankı maliyyə sanksiyalarına tam riayət edir”. (APA)

Post navigation

Previous: Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılışı olub
Next: “Həyat sığortası olan şəxslərin varislərindən kredit ödənişi tələb edilə bilməz” –

Oxşar xəbərlər

tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
qaz kemeri
  • Dünya

Avropa 42 milyon barel nefti bazara çıxarır – Yanacağın qiyməti ucuzlaşacaq

User 30 Oktyabr 2026 - 10:07

xƏBƏR

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı...
Read more about “Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.