Blinken BMT Baş katibi ilə görüşəcək- Ukraynaya yardımı və "taxıl sazişi"ni müzakirə edəcək

ABŞ dövlət katibi Entoni Blinken bu həftə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Azpost.info xəbər verir ki, Blinken BMT Baş katibi Antonio Quterreşlə Ukraynaya dəstək və “taxıl sazişi”nin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays bildirib.

Onun sözlərinə görə, Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə toplantısında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka yola düşəcək.

Prays deyib ki, BMT Təhlükəsizlik Şurasının iclasında Blinken ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini vurğulayacaq və beynəlxalq ictimaiyyəti Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsinə kömək edəcək addımları dəstəkləməyə çağıracaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.