Blinken Ceyhun Bayramov və Mirzoyanı yenidən görüşə çağırıb

ABŞ Dövlət katibi Entoni Blinken son toqquşmalardan sonra ilk birbaşa danışıqlar üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Onun sözlərinə görə, Dövlət katibi Blinken gələcək eskalasiyanın qarşısının alınmasının və sülh prosesinə qayıtmağın vacibliyini vurğulayıb.

“Onlar növbəti addımları müzakirə ediblər və Dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb”, – Prays deyib.(APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.