Blinken Hakan Fidanla müzakirə etdiyi mövzuları açıqlayıb

ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşündə müzakirə olunan mövzular açıqlanıb.

Bu barədə dövlət katibi Blinken “X” hesabında bildirib.

“Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İsrail-HAMAS münaqişəsinin yayılmasının qarşısının alınması, mülki əhalinin qorunması və humanitar yardımın artırılmasının zəruriliyi barədə danışdıq. Biz həmçinin İsveçin NATO-ya daxil olması və qlobal problemlərin həllində tərəfdaşlığımızın əhəmiyyəti müzakirə etdik”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Blinken Türkiyəyə səfər edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.