Blinken Seulda Rusiya və KXDR arasında əməkdaşlığı müzakirə edəcək

ABŞ dövlət katibi Entoni Blinken Seula rəsmi səfəri zamanı Cənubi Koreya hakimiyyəti ilə Rusiya və KXDR arasında hərbi sahədə əməkdaşlığı müzakirə edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink bildirib.

Tokioda isə Blinken Yaponiyanın baş naziri Fumio Kişida və xarici işlər naziri Yoko Kamikava ilə görüşəcək. Kritenbrinkin sözlərinə görə, tərəflər Yaxın Şərqdəki vəziyyət, Ukraynaya dəstək verilməsi və bir sıra ikitərəfli məsələlər üzrə əməkdaşlığı müzakirə edəcəklər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.