Blinken Ukrayna XİN rəhbəri ilə danışıb- Lavrovla söhbətini müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Rusiya XİN rəhbəri Sergey Lavrovla Hindistanda keçirilən G20 sammiti çərçivəsində qısa söhbətini müzakirə edib.

Azpost.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Entoni Blinken bu gün Dmitri Kuleba ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla G20 sammitində keçirdiyi qısa söhbəti müzakirə edib”, – məlumatda bildirilir.

Blinken Kulebanı ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini davam etdirdiyinə əmin edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.