Ukrayna prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenin Ukraynaya səfərinin məqsədi barədə də danışıb.
Azpost.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, Blinken 2 milyard dollarlıq yardım paketi və ABŞ-dan təhlükəsizlik zəmanəti ilə bağlı təkliflər gətirib.
“Təhlükəsizlik Zəmanətləri haqqında Saziş layihəsi artıq mövcuddur”, o qeyd edib.
Zelenski deyib ki, Blinkenlə Ukraynanın NATO sammiti ilə bağlı baxışını da müzakirə edib: “Amerikalılar “bizim baxışımızı eşitdilər, bu məlumatı qəbul etdilər və rəylə qayıdacaqlar”.
Azpost.info