Blinkenin köməkçisi Ermənistana gedəcək- Sülh sazişini də müzakirə edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen iyunun 10-12-də Ermənistana səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

“Dövlət katibinin köməkçisi O’Brayen ikitərəfli münasibətləri və növbəti addımları müzakirə edəcək, ABŞ-Ermənistan Capstone strateji dialoq görüşünə sədrlik edəcək. O`Brayen Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinə nail olunmasına, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin demarkasiyası üçün əsas kimi istifadə edilməsinə ABŞ dəstəyini müzakirə etmək üçün yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcək”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.