“Blinkenlə Qəzzada atəşkəslə bağlı razılığa gəldik”- HAKAN FİDAN

Hakan Fidan
Hakan Fidan Azərbaycana gəlib

“Qəzzada atəşkəsin mümkün qədər tez əldə edilməsi ilə bağlı Blinkenlə razılığa gəldik”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlardan sonra jurnalistlərə bildirib.

“Bölgədə zorakılıq spiralı dayanmır. İsrail mülki vətəndaşları öldürməyə davam edir. Bunu ən qısa zamanda dayandırmaq üçün nə edə biləcəyimizi ətraflı müzakirə etdik”, – Fidan deyib.

O, həmçinin bildirib ki, ABŞ və Türkiyə regiondakı digər tərəfdaşları ilə birlikdə Qəzzada atəşkəs üçün intensiv şəkildə çalışır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.