Bloger Mehman Hüseynov polisə çağırıldı

Bloger Mehman Hüseynov polisə çağrılıb.

Bu haqda o özünün facebook hesabı vasitəsilə xəbər verib.

Mehman Hüseynov ötən gecə ona Abşeron rayon Polis İdarəsindən zəng edildiyini yazaraq bu gün saat 10-00-da idarəyə dəvət edildiyini yazıb. Bloger bununla bağlı statusunda dəvəti seçkilərə qatılması ilə əlaqələndirib: “Artıq namizələrə belə təzyiq etməyə düşünürlər? Xeyri yoxdu! Sona qədər gedəcəm….”

“Məni niyə məhz Abşeron rayon Polis İdarəsi axtarır? O tərəflərdə yaşamıram, evim o tərəfdə deyil, qeydiyyatım o tərəfdə deyil” deyə Mehman Hüseynov bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir