“Bloomberg”in keçmiş rəhbəri və ailəsinin meyiti tapıldı

“Bloomberg”in keçmiş rəhbəri Riçard Samarel, həyat yoldaşı Lina Samarel və qızları Samantanın cəsədləri Cənubi Karolinadakı malikanələrində tapılıb.

Bu barədə “New York Post” məlumat yayıb.

Bildirilib ki, qonşuları onlara zəng edib, lakin zənglərə cavab vermədikləri üçün narahat olduqlarından polisə müraciət ediblər.

Polis evə gələndə ailə üzvlərinin cansız bədənlərini aşkar edib.

Məlumata görə, cütlüyün digər uşaqları məktəbdə olub.

Onların ölüm səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, R. Samarel L. Samarellə 2009-cu ilin dekabrında evlənib. Onların üç övladı – iki qız və bir oğlu dünyaya gəlib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.