BMT Baş Assambleyası Rusiya əleyhinə qətnamə qəbul edib- NƏTİCƏLƏR

ABŞ BMT
ABŞ BMT

BMT Baş Assambleyası Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə səs verib.

AzPost bildirir ki, bu barədə “TASS” məlumat yayıb.

Avropa ölkələri və Ukraynanın hazırladığı qətnamə layihəsinin lehinə 93 ölkə səs verib.

ABŞ, İsrail və Macarıstan da daxil olmaqla 18 ölkə layihənin əleyhinə səs verib, 65 ölkə isə bitərəf qalıb.

Bitərəf qalanlar arasında Ermənistan, Braziliya, Vyetnam, Hindistan, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Kuba, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan və Özbəkistan da var.

Ukraynanı dəstəkləyənlər sırasında Britaniya, Avstriya, Belçika, Almaniya, İtaliya, Kanada, Fransa, Bolqarıstan, Misir, Serbiya, Slovakiya, Türkiyə kimi dövlətlər var.
Azərbaycan, Gürcüstan, Türkmənistan səsvermədə iştirak etməyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.