BMT Baş katibi bu ölkəni “sülhün simvolu” adlandırdı

“Monqolustan – problemli dünyamızda sülhün simvoludur”.

Azpost.info xəbər verir ki, bunu Monqolustana səfəri zamanı BMT Baş katibi Antonio Quterreş deyib.

Baş katib Monqolustanın xarici işlər naziri Batseteq Batmunxla görüşüb, daha sonra mətbuat konfransında çıxış edib.

“Dramatik geosiyasi ziddiyyətlərin və geniş münaqişələrin olduğu bir dünyada Monqolustan nüvə silahından azad bir ərazi kimi bir çox başqa ölkələr üçün nümunədir”, – Baş katib bildirib.

O həmçinin qeyd edib ki ki, son onilliklərdə Monqolustan təşkilatın işinə getdikcə əhəmiyyətli töhfələr verir.

Quttereşin Monqolustana səfəri Cənub-Şərqi Asiya turu çərçivəsində gerçəkləşdirilib.

Azpost.info

Əvvəlki məqalə

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? –

Sonrakı məqalə

“Bəyannamələr vaxtında təqdim edilməlidir”